Azərbaycanda innovasiyalı inkişafda əqli mülkiyyətin qorunmasına dair konfrans keçirilib
Bu gün Heydər Əliyev Mərkəzində “İnnovasiyalı inkişafda əqli mülkiyyətin qorunması məsələləri” mövzusunda konfrans keçirilib.
Sözügedən konfrans “İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası və YUNESKO-nun “İnformasiya hamı üçün” proqramı (IFAP) ilə birgə baş tutub.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov konfransda çıxış edərək innovativ inkişafla əqli mülkiyyətin vəhdət təşkil etdiyini diqqətə çatdırıb. Kamran İmanov Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda söylədiyi “Gələcəyimiz innovasiyalar, texnologiyalar, yaxşı idarəetmə, şəffaflıq və sahibkarlara dövlət dəstəyindədir” fikrinin fəaliyyətdə əsas götürüldüyünü bildirib.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri öz çıxışında Azərbaycanın əqli mülkiyyət hüquqlarının qorunması göstəriciləri barədə ətraflı məlumat verərək sözügedən göstəricilər üzrə ölkəmizin MDB-də lider olduğunu deyib.
Eyni zamanda Kamran İmanov "İnnovasiyalı inkişafda əqli mülkiyyətin qorunması məsələləri" mövzusunda geniş təqdimatla çıxış edib.
AMEA Yüksək Texnologiyalar Parkının direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması mexanizmləri haqqında geniş məlumat verib.
Konfrans öz işini rəqəmsal mühitdə əqli mülkiyyətin və müəllif hüquqlarının qorunması, elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması, açıq məlumatlar və onlardan istifadə hüquqları, yeni texnologiyalar üzərində əqli mülkiyyətin təsdiqi məsələləri, yüksək texnologiyalar sahəsində patent alınması, elektron ticarətdə əqli mülkiyyətin qorunması mexanizmləri və problemləri kimi mövzular ətrafında məruzələr və müzakirələrlə davam etdirib.