AMEA Yüksək Texnologiyalar Parkı ilə İsrailin "General Robotics" şirkəti tərəfindən təqdimat mərasimi keçirilib
26 noyabr 2018-ci il tarixində AMEA Yüksək Texnologiyalar Parkı və İsrail Respublikasının “General Robotics” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli əməkdaşlarının iştirakı ilə təqdimat mərasimi keçirilmişdir.
Ölkənin müdafiə və hərbi qüdrətinin artırılması maraqlarına uyğun olaraq, keçirilən təqdimatda AMEA YT Parkının rezidenti “DN Technologies” və İsrail Respublikasının “General Robotics” şirkəti tərəfindən yeni nəsil robotlar və süni intellektli məhsullar barədə məlumat verilmişdir. Təqdimat zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli əməkdaşlarının sualları cavablandırılmışdır.
AMEA YT Park və “General Robotics” şirkəti arasında əməkdaşlığa dair Memorandum imzalanmışdır.
İsrail Respublikasının “General Robotics” şirkəti “Müxtəlif atıcı silahlar üçün nəzərdə tutulmuş məsafədən idarə olunan döyüş platformaları”nın müxtəlif yüngül və ağır zirehli nəqliyyat vasitələrinin (Zirehli JEEP) üzərində quraşdırılması, təmiri, xidmətlərin təşkili və həmçinin digər mikrotanklar, (optik müşahidə və düşməni məhv etmək iqtidarında olan), minaların zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş, Rusiya istehsalı olan detektorların quraşdırıldığı texnikaların və s. məhsulların istehsalı ilə məşhurdur.
Təqdimatda “General Robotics” şirkəti tərəfindən Prezident Ehud Gal, baş icraçı direktor Shahar Gal, biznesin inkişafı üzrə direktor Zion Gazit, prezidentin müşaviri Morris Oren, AMEA YT Parkın direktoru iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov, direktor müavinləri aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov, hüquq elmləri fəlsəfə doktorluğuna iddiaçı Məmməd Bağırzadə, Xüsusi şöbənin müdiri Adil Məmmədov və AMEA YT Parkının digər əməkdaşları iştirak etmişlər.