AMEA-nın Kimya Elmləri Bölməsinin illik ümumi yığıncağı keçirilib
Bu gün AMEA-nın Kimya Elmləri Bölməsinin növbəti iclası keçirilib.
AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) baş tutan tədbirdə bölmənin akademik-katibi, akademik Vaqif Fərzəliyev, müvafiq elmi müəssisələrin direktorları və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.
İclası akademik Vaqif Fərzəliyev açaraq gündəlikdəki məsələlər haqqında iştirakçılara məlumat verib. Sonra Elmi-tədqiqat institutlarının hesabatı dinlənilib.
İlk olaraq AMEA NKPİ-nin illik hesabatını institutun elmi işlər üzrə direktor müavini, texnika üzrə elmlər doktoru Təranə Məmmədova, sonra akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun illik hesabatını institutun direktor müavini, AMEA-nın müxbir üzvi Məhəmməd Babanlı, akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun hesabatını direktor, akademik Vaqif Fərzəliyev və Polimer Materialları İnstitutunun hesabatını direktor, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov məruzə ilə çıxış etdilər.
Sonda Vitse-prezident, akademik Dilqəm Tağıyev Kimya elmlər bölməsinin 2018-ci ildəki fəaliyyətini yüksək qiymətləndirdi.Akademik qeyd etdi ki, ümumilikdə Kimya elmlər bölməsinə daxil olan institutlar il ərzində bütün göstəricilərə görə yaxşı nəticələr əldə etmişlər. Belə ki, 2018-ci ildə elmi tədqiqatlardan alınmış ən mühüm nəticələr və tətbiq olunmuş elmi nəticələr daha çox olmuş, yüksək reytinqli jurnallarda institutların əməkdaşlarının çap olunmuş məqalələrinin də əvvəlki illərə nəzərən çox olması qənaətbəxş hesab edilmişdir.
Tədbirdə AMEA Yüksək Texnologiyalar Parkının direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov iştirak edib.