AMEA Kimya Elmləri Bölməsi və AMEA Yüksək Texnologiyalar Parkı arasında görüş keçirilib
28 yanvar 2019-cu il tarixdə AMEA Yüksək Texnologiyalar Parkı əməkdaşları AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Vaqif Fərzəliyevlə görüşüb. Görüşün əsas məqsədi bölmənin tabeçiliyində olan institutlarda fəaliyyət göstərən əməkdaşların müəllifləri olduqları innovativ layihələrin müzakirəsi olmuşdur.
İlk öncə çıxış edən AMEA YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov rəhbərlik etdiyi nümayəndə heyətini təqdim etdi.
İclasda innovativ layihələrin kommersiyalaşdırlması üzrə təkliflər müzakirə olundu.