YTP-nin inkubator-rezidenti "SmFresh Oil"in təsisçisi ABŞ səfirliyi tərəfindən Azərbaycan üzrə qadın sahibkar seçilib
Yüksək Texnologiyalar Parkının inkubator-rezidenti olan "SmFresh Oil"in təsisçisi Maya Səbzəliyeva Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi tərəfindən İVLP proqramı (İnternational Visitor Leadership Program) çərçivəsində Azərbaycan üzrə qadın sahibkar olaraq seçilib.
Maya Səbzəliyeva ABŞ səfirliyinə Azərbaycanda qadın sahibkarlığının inkişafına göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Qeyd edək ki,1940-cı ildə fəaliyyətə başlayan İVLP proqramı ABŞ-a qısamüddətli səfərlər təşkil etməklə inkişaf etməkdə olan ölkələrin öz sahəsinin aparıcı mütəxəssislərini amerikalı həmkarları ilə bir araya gətirərək,ABŞ-ın dünya ölkələri ilə əlaqəsini gücləndirməyə və davamlı əlaqələri inkişaf etdirməyə dəstək verir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.edu.gov.az saytına istinad zəruridir.