AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlıq görüşü keçirilib
AMEA Yüksək Texnologiyalar Parkının direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov və İnfrastruktur üzrə direktor müavini aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirmişlər.
Görüşdə nazirlik tərəfindən Ətraf mühit siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsindən Mehman Nəbiyev, Xidmət sahələrinin təşkili şöbəsindən Zamin Orucov, Nəqliyyat departamentinin müdiri Fizuli Babayev, Ətraf Mühit və Sərvətlərin tənzimlənməsi şöbəsindən Mirsalam Qənbərov iştirak etmişlər.
Görüş zamanı AMEA YT Parkın direktoru Nazim Şükürov tərəfindən texnoparkda istehsal edilən sənaye və sürtkü yağları barədə, həmçinin beynəlxalq akkreditasiyadan keçmiş AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzinin fəaliyyəti barədə müzakirələr aparılmışdır.
Qeyd olunan məsələlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin marağına səbəb olmuşdur.
Nəqliyyat departamentinin rəhbəri Fizuli Babayev sınaq məqsədilə sürtkü yağları və digər materialların götürülməsi və AMEA YT Parka biznes turun təşkil edilməsi istəyini bildirdi.
Texnoparkla nazirlik arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin hər iki tərəf üçün əlverişli və səmərəli olacağı vurğulanmışdır.