Yüksək Texnologiyalar Parkında Beynəlxalq Qadınlar Günü qeyd olunub
Martın 7-də AMEA-nın Yüksək Texnologiyalar Pakında (YT Park) 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov qurumun ictimai-mədəni həyatında fəallığı ilə seçilən qadın əməkdaşları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.
Cəmiyyətdə və ailədə qadınların rolundan danışan N.Şükürov Azərbaycan qadınının bəşəriyyətə böyük alimlər bəxş etdiyini bildirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan qadınının cəmiyyətdə yeri, nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.
Direktor bu gün qadınların respublikanın ictimai həyatında, o cümlədən AMEA-nın fəaliyyətində aktiv iştirak etdiklərini, elmi, texnoloji yeniliklərə imza atdıqlarını bildirib.
Sonda qadın əməkdaşlara hədiyyələr təqdim edilib.