AzTV kanalı AMEA Yüksək Texnologiyalar Parkının fəaliyyəti haqqında reportaj hazırlayıb
AMEA Yüksək Texnologiyalar Parkının fəaliyyəti haqqında AzTV kanalı geniş reportaj hazırlayıb.
AMEA YT Parkın 21 hektar ərazini əhatə etdiyi vurğulanan proqramda gənc alimlərin və startapçıların YT Park tərəfindən dəstəklənəcəyi və onlar üçün vergi, gömrük güzəştlərinin nəzərdə tutulduğu qeyd edilib. Gənc alimlərin və startapçıların ideyaları YT Park tərəfindən dəstəklənir.
N.Şükürov bu gün Parkın ərazisində 10 rezidentin uzunmüddətli layihə üzrə fəaliyyət göstərdiyini, mülki və respublikanın hərbi-müdafiə qüdrətinin artırılması istiqamətində rəqabətə davamlı məhsulların istehsal olunduğunu bildirib.