AMEA YT Parkda  12 aprel 2019-cu il tarixində “Hiko kapital MMC” şirkətinin nümayəndələri ilə görüş keçirilib. “Hiko kapital MMC” şirkətinin baş direktoru Hikmət Əliyev və satınalma şöbəsinin müdiri Elmar Hüseynov YT Parkda istehsal olunan məhsullarla yaxından tanış olublar. AMEA Təcrübə-Sənaye Zavodu və “Millers Oils Azərbaycan” şirkətinin istehsal sahələrinə baxış keçirilib. İki qurum arasında ortaq istiqamətlərdə əməkdaşlığın təşkilinə dair fikir mübadiləsi aparılıb. Şirkət tərəfindən AMEA YT Parkında istehsal olunan malların ölkə daxili bazarda satışı, təbliğ edilməsi və satış şəbəkələri vasitəsilə yayılması nəzərdə tutulur.