Bu il Azərbaycanın görkəmli siyasi xadimi Ümummilli lider Heydər Əliyevin anadan olmasından 96 il ötür. Respublikamızın hər bir guşəsində bu tarix Azərbaycanın ən şərəfli tarixi günlərindən biri kimi qeyd olunur. Bu günki müstəqil Azərbaycanın müəllifi olan Heydər Əliyev ölkəmizin bütün sahələrinin inkişafında göstərdiyi xidmətlərinə görə bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşmüşdür.
Bu dahi siyasətçinin adı xalqımızın iftixar və qürur mənbəyidir. Onun vətənimiz üçün gördüyü işlər daim yaddaşlardadır. Bu yaddaşsa bir estafet kimi yaşlı nəsildən gənc nəslə ötürülür.
AMEA Yüksək Texnologiyalar Parkı kollektivi olaraq böyük liderimizin xatirəsini hər zaman hörmət və ehtiramla anırıq.