AMEA-nın professorlarının koordinasiya şurasının sədri və digər nümayəndələri AMEA YT Parkın məhsulları və istehsal prosesi ilə tanış olublar
Mayın 14-ündə AMEA-nın professorlarının koordinasiya şurasının nümayənda heyəti Yüksək Texnologiyalar Parkını (YT Park) ziyarət edib, istehsal prosesi ilə tanış olublar.
Qonaqları YT Parkın Strateji inkişaf üzrə direktor müavini Məmməd Bağırzadə müşayiət edib.
Əvvəlcə professorlar AMEA YT Parkın nəzdində fəaliyyət göstərən Strateji Elmi Analitik Sınaq Mərkəzinə (SEASM) baş çəkib, müasir standartlara cavab verən laboratoriyaya baxış keçirib və mərkəzin fəaliyyəti ilə tanış olublar.
Sonra YT Parkın rezidentləri "AMEA Təcrübə-Sənaye Zavodu" MMC və "Millers Oils Azerbaijan" MMC-nin fəaliyyət prosesi ilə tanış olan heyətə burada beynəlxalq standartlara uyğun yüksək keyfiyyətdə istehsal edilən sənaye, mühərrik, sürtkü və hidravlik yağları barədə məlumat verilib.