İnnovativ inkişaf platforması, Cənubi Korea təcrübəsi - Azərbaycan alimlərinin Korea səfəri
AMEA Yüksək Texnologiyalar Parkının direktor müavini, hüquq üzrə fəlsəfə doktoru Məmməd Bağırzadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPİ) tərəfindən həyata keçirilən “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsi çərçivəsində seminarda iştirak ediblər.
STEPİ-nin Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzinin nümayəndələri - təlimlər qrupunun rəhbəri Eun Yo Kim, layihənin koordinatoru So Hyun Kvon, Hoseo Universitetinin professoru Sanq Hyuk Suh və Hanbat Universitetinin professoru Yonq İn Çoi Azərbaycanda texnologiya transferi ekosisteminin hazırki statusunun qiymətləndirilməsi, bu sahədə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlığın müzakirəsi, eləcə də texnologiya transferi və elmin kommersiyalaşdırılması sahəsində Cənubi Koreya təcrübəsinə dair təqdimatlarla çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.
Seminarda çıxış edən Məmməd Bağırzadə AMEA-nın ölkəmizdə elm sahəsində dövlət siyasətini həyata keçirən ali təşkilat olduğunu deyib. Bildirib ki, bu gün Azərbaycan alimləri öz innovativ ideyaları və layihələri ilə respublikanın iqtisadiyyatına töhfə verməkdədirlər. Qurumun rezidentləri tərəfindən hərbi və mülki təyinatlı dronların, qoruyucu jiletlərin, akkumulyatorların, sürtkü yağlarının və digər məhsulların istehsal olunduğunu bildirib. O, həmçinin YT Parkın rezidentlərinə qanunvericiliyə müvafiq qaydada vergi və gömrük güzəştlərinin tətbiq edildiyini vurğulayıb.
Daha sonra Məmməd Bağırzadə öz çıxışında yaxın zamanda Azərbaycan Respublikasında “Vençur fondları və innovasiya fəaliyyəti haqqında” qanunun imzalanacağını bildirib. Bu qanun çərçivəsində texnologiyaların transferi, startup layihələrnin maliyyələşməsi məsələləri asanlıqla öz həllini tapacaq.
Qeyd edək ki, iki ölkə arasında həyata keçirilən bu layihə 2019-2020-ci illər üçün nəzərdə tutulub. Bu müddət ərzində mütəmadi olaraq hər iki ölkədə seminarlar təşkil olunacaq.
Sonda seminar iştirakçıları sertifikat və hədiyyələrlə mükafatlandırılıb.