AMEA Yüksək Texnologiyalar Parkının direktor müavini, hüquq üzrə fəlsəfə doktoru Məmməd Bağırzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Cənubi Koreyadakı səfirliyində olublar.
     Nümayəndə heyəti STEPİ və AMEA arasındakı sıx əməkdaşlıq barədə səfirə məlumat verdi və iştirak etdikləri seminarın Azərbaycanda texnologiyaların transfer və kommersiyalaşdırılması mövzusunda əhəmiyyətli rola malik olduğunu vurğuladılar.
     Daha sonra səfir Rəmzi Teymurov nümayəndə heyətəni seminarda iştirakına görə təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
     Görüşdə Cənubi Koreyada təhsil alan və işləyən azərbaycanlılar da iştirak ediblər.