Texnogen qəzanın yaratdığı fəsadlar qısa müddətdə aradan qaldırılıb.
     4 İyun 2019-cu il tarixində qəza-bərpa işlərinin həyata keçirilməsində göstərdikləri xidmətləri ilə xüsusən fərqlənən Mühəndis infrastrukturu şöbəsinin əməkdaşları heyətin işini yüksək qiymətləndirən AMEA Yüksək Texnologiyalar Parkının direktoru i.ü.f.d. Nazim Şükürov tərəfindən mükafatlandırılıblar. Belə ki, baş energetik Rauf Musayev 500 AZN, elektrik montajçısı Əsəd Soltanov 300 AZN məbləğində pul mükafatına layiq görülüblər.
     Qeyd edək ki, qəza 21 may 2019-cu il tarixində gecə saatlarında baş vermişdi. Yüksək gərginlikli elektrik xəttində yaranan qısa qapanma nəticəsində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən tez bir zamanda söndürülmüşdü.