Sizi müqəddəs Ramazan bayramı münasibətilə AMEA Yüksək Texnologiyalar Parkının kollektivi adından səmimi qəlbdən təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət və ölkəmizin tərəqqisi naminə yeni uğurlar arzulayırıq.
      İnsanların qəlbini və ruhunu ilahi hikmətlə nurlandıran Ramazan bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirir. Xalqımız mübarək Ramazan ayını, hər il olduğu kimi, bu il də böyük fərəh hissləri və könül xoşluğu ilə yola salır. İnanırıq ki, bu müqəddəs bayram günlərində etdiyiniz dua və diləklər, saf niyyətlər Tanrı dərgahında qəbul olunacaq.
     
                                                                                                     Allah orucunuzu qəbul etsin!