2 iyul 2019-cu il tarixində AMEA Yüksək Texnologiyalar Parkında AMEA SEASM-ın xarici akkreditasiyadan keçirilməsi və digər cari məsələlərin həlli ilə bağlı iclas keçirilib.
      İclası giriş sözü ilə açan AMEA YT Parkın direktoru i.ü.f.d. Nazim Şükürov ilk növbədə AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzinin Avropa və beynəlxalq akkreditasıyası istiqamətində işlərin icrasına başlanılacağını bildirib.

      Daha sonra Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış AMEA Yüksək Texnologiyalar Parkında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsi tərəfindən qeyd olunan Sərəncamla verilmiş tapşırıqların icra vəziyyətinin qiymətləndirilməsi zamanı aşkar olunan çatışmazlıqların aradan qaldırılması məsələsi iclasda öz əksini tapıb. AMEA Yüksək Texnologiyalar Parkının direktoru daimi əsaslarla tender komissiyasının yaradılması, YT Parkın landşaft və ekoloji vəziyyəti, istehsal olunan məhsulların dövlət sifarişi ilə satışı, əmlakın balansa götürülməsi və AMEA Yüksək Texnologiyalar Parkının ərazisində fəliyyət göstərən 2 qurumun rezidentliyə qəbul edilməsi və ya köçürülməsi ilə bağlı məsələlərin həlli ilə bağlı kadrlara müvafiq göstərişlər verib.