AMEA Yüksək Texnologiyalar Parkının rezidentlərinin sayı 11 oldu
4 iyul 2019-cu il tarixində AMEA Yüksək Texnologiyalar Parkının inzibati binasında rezidentliyə iddialı İNKOR MMC-ə rezidentlik statusunun verilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə YT Parkın direktoru i.ü.f.d. Nazim Şükürov, “İNKOR” MMC-nin direktoru Vüqar Fərəcov və başqa əməkdaşlar iştirak ediblər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 2015-ci il tarixli 257 nörməli Qərarı ilə təsdiq edilmiş “Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması Qaydası”na əsaslanan Ekspertlər Şurasının müsbət rəyi nəticəsində uzunmüddətli innovativ layihəli “İNKOR” MMC AMEA Yüksək Texnologiyalar Parkının rezidentliyinə qəbul edilib.
Tədbirdə iştirak edən akademik Vaqif Abbasov öz çıxışında elm və innovasiyaya ayırdıqları diqqətə və dəstəyə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadəyə dərin minnətdarlığını bildirib.