30.08.2019-cu il tarixində “AMEA Elm və Texnologiya Parkı” MMC (ETP)AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) əməkdaşları Quba rayonunda yerləşən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna səfər ediblər.
Görüşdə İnstitutun direktoru İlham Qurbanov və əməkdaşları İnstitutda həyata keçirilən işlər, xidmətlər, maddi-texniki baza, eləcə də yaradılan şərait haqqında geniş məlumat veriblər.
Eyni zamanda AMEA ETP-nin direktoru Cavid Şahmuradov pilotsuz uçuş aparatları ilə kənd təsərrüfatı sahəsində həyata keçirilən analitik xidmətlər, AMEA SETM-in əməkdaşı Cavid Sadıqov isə “Ağıllı Kənd təsərrüfatı” xidmətləri barədə görüş iştirakçılarını məlumatlandırıblar.
Sonda AMEA SETM və AMEA ETP ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.