AMEA-nın əməkdaşları Kənd Təsərrüfatı Nazirliyi Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuda işgüzar səfərdə olmuşdur
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi Afiq Məmmədov, AMEA-nın müxbir üzvü Bilal Bilalov, AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin (qısaca SETM) və AMEA Elm və Texnologiya Parkı MMC-nin (qısaca ETP) əməkdaşları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuda işgüzar səfərdə olmuşlar.
Görüşdə institutun direktoru Elmar Allahverdiyev və institutun əməkdaşları orada həyata keçirilən işlər, xidmətlər, eləcə də maddi-texniki baza və yaradılan şərait haqqında geniş məlumat vermişdir.
Eyni zamanda AMEA Elm və Texnologiya Parkı MMC-nin direktoru Cavid Şahmuradov pilotsuz uçuş aparatları ilə kənd təsərrüfatı sahəsində həyata keçirilən analitik xidmətlər haqqında, AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin (qısaca SETM) əməkdaşı Cavid Sadıqov “Ağıllı Kənd təsərrüfatı” xidmətləri haqqında və yaxın gələcəkdə bu sahədə göstərilən xidmətlərin insititutun fəaliyyətindəki rolu haqqında görüş iştirakçılarına geniş məlumat vermişdilər.
Sonda Azərbaycan Milli Elmlər Akademiyası ilə Kənd Təsərrüfatı İnstitutları, eləcədə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu arasında yaxın gələcəkdə işgüzar əməkdaşlıq perspektivlərinin müzakirəsi aparılmışdır.