“Millers Oils Azerbaijan” MMC-nin məhsullarının satışının təşkilinə dəstək məqsədilə iclas keçirilib
İclasda AMEA Yüksək Texnologiyalar Parkının direktor müavini h.ü.f.d Məmməd Bağır-zadə, marketinq şöbəsinin əməkdaşları və YT Parkın rezidenti olan “Millers Oils Azerbaijan” MMC-nin direktoru tex.ü.f.d. Sənan Abdullayev iştirak ediblər. Yığıncaqda rezident müəssisənin məhsullarının satışının təşkili ilə bağlı müzakirələr aparılıb, təkliflər irəli sürülüb. İstehsal olunan malların ölkə daxili bazarda satışı, təbliğ edilməsi və satış şəbəkələri vasitəsilə yayılmasına dəstək nəzərdə tutulub və bu istiqamətdə görüləcək tədbirlər razılaşdırılıb.