AMEA Yüksək Texnologiyalar Parknın rəhbərliyi və elmi ictimaiyyətin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Qanlı 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar AMEA Rəyasət Heyətinin üzvləri, aparatın struktur bölmələrinin rəhbərləri, o cümlədən AMEA YT Parkın rəhbərliyi Yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.
Elmi ictimaiyyətin nümayəndələri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları önünə tər qərənfillər düzüb, onların əziz xatirəsini ehtiramla yad ediblər.