Hərbi-texnoloji məlumatlandırma məqsədi daşıyan AZERİ DEFENCE jurnalının sentyabr-oktyabr 2019-cu il tarixli 05 (43) sayında AMEA Yüksək Texnologiyalar Parkının rezdienti “DN Technologies” MMC-nin fəaliyyətinə dair məqalə dərc edilib. Məqalədə güc strukturları üçün icra edilən layihə çərçivəsində Streateji ElmiTədqiqatlar Mərkəzi (SETM) və “DN Technologies”in tərəfindən yaradılan müxtəlif növ iriçaplı tank pulemyotlarının geritəpmə qüvvəsini ölçən stend barədə söz açılır. Bildirilir ki, Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi ilə birgə hazırlanan stenddə keçirilmiş sınaq atışlarında müsbət nəticələr əldə edilib. Stend öz işçi parametrlərini sınaq müddətində tam doğruldub. Jurnala məlumat verən “DN Technologies”şirkətinin direktoru Ceyhun Nabadov bildirib ki, bu, rəhbərlik etdiyi müəssisənin hazırladığı ilk stend deyil və son illər bu tip stendlərə tələb artmaqdadır.