İranın Gilan vilayətinin Ənzəli-Astara Texnoparkı ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında birgə əməkdaşlığa dair görüş keçirilib
AMEA Yüksək Texnologiyalar Parkının inzibati binasında keçirilən dəyirmi masa ətrafında görüşdə YT Parkın direktoru Samir Məmmədov, Ənzəli-Astara Texnoparkının rəhbəri Bəhari Purmuradi və “EPC Group”un direktoru Məhəmməd Miyabi iştirak ediblər.
YT Parkın direktoru qonaqlara rəhbərlik etdiyi müəssisə haqqında məlumat verib. Bildirib ki, AMEA Yüksək Texnologiyalar Parkı Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. Yüksək Texnologiyalar Parkının yaradılmasında məqsəd iqtisadiyyatın davamlı inkişafı, rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya, yüksək texnologiya sahələrinin genişləndirilməsidir. İnnovativ və yüksək texnologiyalar əsasında elmtutumlu istehsalın inkişafı, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması YT Parkın əsas məqsədlərindəndir.
Ölkə daxili və xarici təşkilatlarla, investorlarla əməkdaşlığın qurulmasının, genişləndirilməsinın Yüksək Texnologiyalar Parkının əsas prioritetlərindən biri olduğunu qeyd edən Samir Məmmədov nümayəndə heyətinin birgə əməkdaşlıqla bağlı təklifini müsbət qarşılayaraq, kənd təsərrüfatı və başqa sahələrdə birgə əməkdaşlığın mümkün və faydalı ola biləcəyini bildirib.
İki qurum arasında ortaq istiqamətlərdə əməkdaşlığın təşkilinə və birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb, perspektivlər müzakirələr edilib.
Dəyirmi masadan sonra Yüksək Texnologiyalar Parkının fəaliyyəti ilə yaxından tanış olmaq istəyən qonaqlar öncə YT Parkın ilk rezidenti olan “AMEA Təcrübə-Sənaye Zavodu” MMC-ni ziyarət ediblər. Qonaqlara zavodun fəaliyyəti haqqında məlumat verilib. Onlara bildirilib ki, bu zavod beynəlxalq standartlara cavab verən sürtkü yağlarının istehsalı ilə məşğul olur. Zavodun fəaliyyətinin əsas istiqaməti elmlə istehsalat arasında birbaşa əlaqələrin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsidir. Təcrübə-Sənaye Zavodunda müasir tələblərə cavab verən sürtkü yağlarının istehsalına imkan verən istehsal qurğuları və müasir laboratoriya – pilot kompleksi yaradılıb.
Qonaqlar 130 illik tarixə malik “Millers Oils” şirkəti ilə AMEA-nın birgə təsis etdiyi “Millers Oils Azərbaycan” MMC-nin məhsulları və istehsal sahəsi ilə də tanış olublar. Onlara burada istehsal olunan yağlar, istehsal prosesinin mərhələləri, müasir kompüter texnikası vasitəsilə bir mərkəzdən idarə olunan sistem, malların qablaşdırılması xətti barədə məlumat verilib. Qeyd edilib ki, “Millers Oils Azərbaycan” MMC dünya standartlarına cavab verən yüksək keyfiyyətli sürtkü yağları istehsal edir.
Ziyarətçilər həmçinin “Elm və Texnologiya Parkı” MMC-nin hazırladığı müxtəlif təyinatlı pilotsuz uçuş aparatları ilə də tanış olublar.
AMEA Yüksək Texnologiyalar Parkında həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti qonaqların böyük marağına səbəb olub.