AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin sərəncamı ilə Elton Məmmədov AMEA Yüksək Texnologiyalar Parkının Direktoru təyin olunub
AMEA Rəyasət Heyətinin 27 noyabr 2019-cu il tarixli qərarı ilə texnika elmləri doktoru, professor Elton Arzuman oğlu Məmmədov AMEA Yüksək Texnologiyalar Parkının direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Elton Məmmədov bundan əvvəl Azərbaycan Texniki Universitetində strateji inkişaf üzrə prorektor vəzifəsində çalışırdı.