İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu ilə AMEA Yüksək Texnologiyalar Parkı arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb
Əməkdaşlıq əlaqələrini genişləndirməkdə davam edən AMEA Yüksək Texnologiyalar Parkı səmərəli birgə əməkdaşlıq vəd edən daha bir müqaviləyə imza atıb.
26 dekabr 2019-cu il tarixində “AMEA Yüksək Texnologiyalar Parkı” MMC ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında YT Parkın innovativ məhsullarının istehsalı və satınalınmasına dəstəyin verilməsində birgə əməkdaşlığa dair müqavilə imzalanmışdır.
Sənəddə elmi nailiyyətlərin müasir texnoloji layihələrə inteqrasiya edilməsinə şəraitin yaradılması, elmi nailiyyətlərin artırılması və gənclərin elmi maariflənməsi istiqamətində birgə mütəmadi təşəbbüslərin təşkili, onlara elmi-innovativ ideyalarını reallaşdırmaq üçün elmi və iqtisadi dəstəyin verilməsi, innovasiya xarakterli elmi nailiyyətlər nəticəsində yaranan innovativ məhsulun kommersiyalaşdırılması və digər istiqamətlərdə birgə əməkdaşlıq məsələləri öz əksini tapmışdır.