Dekabrın 29-da AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilədə AMEA Yüksək Texnologiyalar Parkında istehsal olunan innovativ məhsulların hazırlanması və satınalınmasına dəstəyin verilməsində birgə əməkdaşlıq nəzərdə tutulub.