AMEA Yüksək Texnologiyalar Parkında tibbi-profilaktik və dezinfeksiyaedici işlər aparılır
AMEA Yüksək Texnologiyalar Parkında Çin Xalq Respublikasında yaranmış və sürətlə dünyanın bir sıra ölkələrində yayılmaqda olan koronavirus epidemiyasına qarşı (COVID-19) tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər həyata keçirilir.
“Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə buraxılış məntəqəsində hərarət ölçmə qurğularının istifadəsilə AMEA Yüksək Texnologiyalar Parkına daxil olanların hərarəti yoxlanılır, koronavirusun yaratdığı fəsadlar və koronovirusla mübarizə üsulları ilə bağlı əməkdaşlara maarifləndirici məlumatlar verilir, inzibati binaların otaqlarında, konfrans zallarında, dəhlizlərdə, laboratoriya otaqlarında və yeməkxanada dezinfeksiya işləri aparılır.