60 il müddətində işləyə bilən “ağıllı” lampa yaradılıb

İngiltərənin məişət elektrik cihazları istehsalçısı təxminən 60 il müddətində işləyəcək xüsusi masaüstü lampanı təqdim edib.
“Ağıllı” lampa təbii işıq imitasiyasını yaradır. İstehsalçılar qurğuda 6 lampa quraşdırmaqla buna nail ola biliblər. Lampalardan 3-ü soyuq işıq, digərləri isə isti işıq saçır. Lampanın sahibi korpusda yerləşən xüsusi sensorlar sayəsində lazımi və rahat işıqlandırmanı təyin edə bilər.
Şirkət nümayəndələrinin sözlərinə görə, lampa, həmçinin gün işığının intensivliyini izləyə bilir. Bu o deməkdir ki, informasiyanı təhlil edən lampa lazımi rəng və parlaqlığı özü təyin edə bilər.