Süni intellekt onlarla yad planetli siqnalı müəyyən edib

Dünyadan kənar ağılın (Search for Extraterrestrial Intelligence – SETI) axtarışı proqramı üzrə işləyən astronomlar süni intellektin köməyi ilə Yer kürəsindən kənar sivilizasiyalardan 72 siqnal aşkar ediblər. Alimlər “Green Bank Telescope” radio teleskopunun təxminən 400 terabayt həcmdə məlumatını təhlil edib və bu nəticəyə gəliblər ki, qeyd olunan məlumatlarda həqiqətən “ağıllı başlanğıc”ın izlərinə rast gəlinir.
Bütün seçilmiş siqnallar qısadır (hər biri 5 millisaniyə) və onlar özündə yüksək və aşağı tezlikli radio dalğalarını ehtiva edir.
İlk dəfə 2007-ci ildə Qərbi Virciniya Universitetindən olan astronom Dunkan Lorimer Yer kürəsindən kənar sivilizasiyaların siqnalları haqqında fərziyyə irəli sürüb.
Lorimerin məlumatını beş il sonra onun Mançester Universitetindən olan Britaniyalı həmkarı Deniyel Tornton təsdiq edib. O analoji dörd radio impulsu (fast radio bursts – FRB) aşkar edib.
2018-ci ildə isə, ABŞ-ın bir neçə universitetinin astronomları eyni zamanda 9 FRB qeyd edə biliblər. Alimlər onların mənbəyini təyin ediblər: o, Yer kürəsindən 3 milyard işıq ilində yerləşmiş cırtdan qalaktikasından daxil olub. Digər siqnalların da mənbəyinin bu qalaktikadan olması təxmin olunur.