Alimlər elektrikli isidici corablar hazırlayıblar

Qış aylarında ilk növbədə ayaqlar isti saxlanılmalıdır, bu səbəbdən, İsveçli elm adamları elektrikli isidici corablar icad etmişlər.
Bu corablar xüsusi elastik parçalardan hazırlanır. Corabların istehsal prosesində yalnız təbii materiallardan hazırlanmış iplərdən istifadə olunur. Quruluşu sadədir: isidici elementlərlə təchiz olunub.
Corabın yuxarı hissəsində karbondan hazırlanmış kiçik lövhənin yerləşdirilməsi üçün cib mövcuddur. Bu lövhə ultraqırmızı şüalar yayaraq ayağın bərabər dərəcədə isinməsini təmin edir.
Bu sadə icad ekstrimal vəziyyətdə həyat qurtarıcı bir element ola bilər.