"Alqoritmika"MMC


İT sistemlərinin və proqramlaşdıma kurslarının tərtibatçısı olan beynəlxalq təhsil şirkəti "Alqoritmika" Azərbaycanda 2017-ci ildən fəaliyyət göstərir. Şirkət, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birlikdə məktəblərdə "İnformatika" fənninin yeni formatda tədrisi üzrə "Rəqəmsal bacarıqlar" pilot layihəsini həyata keçirir. Layihənin əsas məqsədi şagirdlərdə alqoritmik düşüncə, məntiq, layihə tərtibatı bacarıqları və proqramlaşdırmanın əsaslarının inkişaf etdirilməsidir. Layihə şagirdlərə təcrübədə yeni texnologiyalar və rəqəmsal bacarıqların öyrədilməsinə yönəldilmişdir. Layihə şərçivəsində şagirdlər proqramlaşdırmanın ustalıqlarına yiyələnirlər. Proqram təminatı peşəkar metodistlər tərəfindən məktəblilərə tədris olunmaq üçün dünyanın ən innovasiyalı üsullarından istifadə etməklə ihazırlanmışdır və bu sahədə ən qabaqcıl ölkələrin təcrübəsini özündə ehtiva edir. Bu gün layihədə Bakı və Gəncənin 71 məktəbi (26000 şagird) iştirak edir.