Buta ARMOR

Buta Armor şirkəti Bolqarıstanın Mars Armor şirkəti ilə (bu sahədə dünyanın 3-cü, Avropanın 1-ci şirkəti) müştərək və xarici ortaqlı müəssisə olmaqla bərabər Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı ilə birlikdə yeni texnoligiyaların tədqiqi və sənayedə tətbiqinə yönəlmiş bir təşkilat kimi zirehli jiletlər, dəbilqələr, minaların zərərsizləşdirilməsi və axtarışı üçün zirehli kostyumların istehsalı sahəsində ixtisaslaşmışdır. AMEA Polimer İnstitutu ilə və yerli polimer istehsalçısı olan SOCAR Polimer-in xammal təchizatına yönəlik "polimer kompozit" materiallı zirehlerin, zirehli plitələrin layihənin ikinci mərhələsində həyata keçirməklə böyük ixracatçıya çevrilmək əsas hədəflərimizdən biridir.
Müəssisənin istehsal gücü illik 20-30,000 ədəd gödəkçə, 3-5000 ədəd minazərərləşdirici kostyumu, 10-15,000 ədəd dəbilqə, 20-25,000 ədəd qalxan təşkil edir.

Buta Armor NATO, APİ və QOST Standardlarına, beynəlxalq sertifikatlaşmaya malikdir. Texnologiyasına malik olduğumuz və ortağımız Mars Armor dünyanın 50-dən çox ölkəsinə ixrac etmish və məhsullar kifayət qədər tanınımışdır.
İstehsal etdyimuz bütün məhsullar xidmət göstərən əsgər və zabit tərəfindən hərəkətini məhdudlaşdırmayan və daşınmasında çətinlik törətməyən şəkildə layihələndirilmişdirlər.

logo_ytp11.png
               www.ameaytp.az
© 2019, AMEA Yüksək Texnologiyalar Parkı

Əlaqə

+994 12 376 67 56
office@ameaytp.az
Bakı şəhəri, Xətai rayonu,
Köhnə Əhmədli qəsəbəsi, 622-ci küçə, 9

Search