Image

MedHIS Proqram təminatı haqqında qısa məlumat.

Tərəfimizdən yazılmış ilk yerli “Hospital Information system (HIS)” proqram təminatı olan MEDHIS, tibb müəssisələrində xidmətlərə (Qeydiyyat, Laboratoriya, Radiologiya, Poliklinik, Cərrahi, Stasionar, Maliyyə, Təhcizat, Statistik və s.) aid məlumatların idarə olunması və bir sistemdə inteqrasiya olunmuş formada işləməsi həllini təklif edir.

Proqram təminatımız client - server prinsipi ilə işləyir. Müştərilərə təklif etdiyimiz əsas həllər tibb xidmətinin təşkili, biznesin idarə edilməsi, insan faktorunun (səhv etmə) minimuma endirilməsi, marketinq xidməti üçün lazımı statistikaların əlçatan olması, maliyyə və digər məlumatların dəqiqliyi və dolğunluğudur.

Səhiyyə sistemdə proseslərin düzgün və şəffaf idarə edilməsinin təmin edilməsi baxımından “Xəstəxana informasiya sistemlərinin” (HİS) rolu çox əhəmiyyətlidir. Buradan yola çıxaraq hədəfimiz ölkəmizdə fəaliyyət göstərən bütün tibb mərkəzlərinin HİS -lə məlumatlı olması və bu sistemi öz işlərində tətbiq etməsi və eləcədə sonrakı mərhələlərdə məhsul və xidmətlərimizi ölkə hüdudlarından kənarda da tanıdaraq dünyaya yeni bir “made in Azerbaijan” brendi təqdim etməkdir. Həmçinin, tibbi proqram təminatı sektorunda ilk yerli şirkət olaraq təklif etdiyimiz həllərlə müştərilərimizi məmnun edərək bu sahədə bazarın lider şirkətinə çevrilməkdir