EKSTERİTORİAL REZİDENTLİK

Eksteritorial rezident – idarəetmə ofislərinin, istehsal müəssisələrinin, struktur bölmələrinin, yüksək texnologiyalar və innovasiyalar sahəsi üzrə sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün digər zəruri istehsalat sahələrinin birbaşa YT Parkın ərazisində yerləşmədən, teritorial baxımdan YT Parkın ərazisi daxilində fəaliyyət göstərmədən, bu YT Parkın Əsasnaməsi ilə müəyyən edilmiş qaydada texnoparkın qeydiyyat şəhadətnaməsini alan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərdir.

 

YT Parkda eksteritorial prinsip üzrə YT Parkın rezidenti kimi qeydiyyata alınacaq hüquqi və fiziki şəxslər onların fəaliyyət yerinin yerləşməsindən asılı olmayaraq bütün müvafiq güzəştlərdən istifadə edə bilərlər.

 

Hüquqi və fiziki şəxslər YT Parkın rezidenti kimi (həm teritorial, həm də eksteritorial rezidentlik prinsipi üzrə) qeydiyyatdan keçmək üçün elektron və ya yazılı ərizə ilə idarəedici təşkilata müraciət etməlidirlər. Qeydiyyat prosedurunun ümumi müddəti ərizənin qeydiyyata alındığı tarixdən etibarən 20 (iyirmi) iş günüdür.