Image

Azәrbaycan Milli Elmlәr Akademiyası (AMEA)
Yüksәk Texnologiyalar Parkının Ekspertlər şurası

Image

Sədr: Akademik İbrahim Səid oğlu Quliyev (AMEA-nın vitse-prezidenti)

Üzvlər:

  1. Akademik Telman Abbas oğlu Əliyev (AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru.);
  2. Akademik Vaqif Məcid oğlu Fərzəliyev (AMEA-nın akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru);
  3. Bağır Ələkbər oğlu Süleymanov - SOCAR “Neftqazelmitədqiqat layihə” İnstitutunun neft və qaz hasilatı üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor;
  4. Emil Fərman oğlu Məmmədov - Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsin inzibati departamentinin direktoru;
  5. Elşən Qiyas oğlu Həşimov - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru, professor, polkovnik;
  6. Yaqub Vəliş oğlu Həsənov - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin Ağır sənaye və maşınqayırma sektorunun müdiri

Ekspertlər Şurası texnologiyalar parkında rezident kimi qeydiyyata alınma ilə əlaqədar müraciət etmiş ərizəçilər tərəfindən təqdim olunan innovasiya və ya yüksək texnologiya layihəsinin qiymətləndirilməsi, müvafiq rəyin hazırlanması, layihələrin, elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi məqsədilə yaradılır. Eyni zamanda innovasiya məhsulunun hazırlanması və ya işlənməsi sahəsində nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi, onların tətbiqinə dair təkliflərin hazırlanmasını həyata keçirir.

Ekspertlər  Şurasının əsas vəzifələri aşağıdakılardır:

  • Ərizəçilərin innovasiya layihələrinə dair rəy vermək;
  • Texnoparkda hazırlanmış texnologiyaların, elmi nəticələrin və innovativ məhsulların tətbiqi və istehsalı ilə əlaqədar texniki-iqtisadi əsaslandırmalara rəy vermək;
  • səlahiyyətli orqan (dövlət elm və təhsil müəssisəsi) və idarəedici təşkilat tərəfindən müəyyən edilən digər vəzifələri icra etmək

Ekspertlər Şurası  öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

  • Texnoparkın ixtisaslaşmış fəaliyyət sahəsinin inkişafı və təkmilləşdirilməsi üzrə səlahiyyətli orqana (dövlət elm və təhsil müəssisəsinə) və idarəedici təşkilata təkliflər vermək;
  • Səlahiyyəti daxilində dövlət qurumlarından, elm və təhsil müəssisələrindən müəyyən olunmuş qaydada zəruri məlumatlar almaq;
  • İnnovasiya layihələrinin ətraflı ekspertizasına ehtiyac olduğu təqdirdə, ixtisaslaşmış mütəxəssisləri (ekspertləri) cəlb etmək

Ekspertlər Şurası innovasiya layihələri haqqında ətraflı məlumat almaq, layihənin perspektivini və səmərəliliyini düzgün qiymətləndirmək məqsədi ilə kənar mütəxəssislərin və ixtisaslaşmış qurumların rəylərini öyrənir, ərizəçilərlə görüşlər keçirir. İnnovasiya layihəsinin qiymətləndirilməsinə dair Ekspertlər Şurasının rəyi Şuranın iclaslarının qərarı ilə təsdiq olunur. Ekspertlər Şurasının iclasları  innovasiya layihələri təqdim olunduqda, habelə Ekspertlər Şurasının vəzifələrinin icrası ilə bağlı zərurət yarandığı hallarda keçirilir. Ekspertlər Şurasının   iclasları   Şura   üzvlərinin   yarıdan   çoxu   iştirak   etdikdə səlahiyyətlidir. Ekspertlər Şurasının  qərarları  sadə  səs çoxluğu  ilə  qəbul  edilir.  İclasda iştirak edən  Ekspertlər Şurasının üzvlərinin səsləri bərabər bölündükdə, Ekspertlər Şurasının sədrinin səsi həlledici hesab edilir.

logo_ytp11.png
               www.ameaytp.az
© 2019, AMEA Yüksək Texnologiyalar Parkı

Əlaqə

+994 12 376 67 56
office@ameaytp.az
Bakı şəh, Xətai ray.
Əhmədli qəş, 622 küç, 9

Search