AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzinin avadanlıqları

1) Natural qaz , maye qaz və yüngül neft yanacaqlarında kükürdlü birləşmələrin təyini. Kükürd kimya-lüminesensiya dedektoru ilə təchiz edilmiş qaz xromatoqraf  (GC-SCD). Sınaq metodu ASTM D5504-12 və ASTM D5623-14.  İstehsalçı ABŞ, Agilent Technologies Ltd.

2) Natural qaz və maye qazlarda arsin və fosfinin təyini. Arsin və Fosfinin təyini qaz xromotoqrafı. Sınaq metodu ASTM D6159-17 və ASTM D7833-14. İstehsalçı ABŞ, Agilent Technologies Ltd.

3) Daxili yanma mühərriklərində istifadə olunan yanacaqların fərdi karbohidrogen tərkibinin (PONA) təyiniAgilent GC Analyzer. Sınaq metodları ASTM D6730. İstehsalçı ABŞ, Agilent Technologies Ltd.

4) Maye neft qazları və propan /propilen qarışığında karbohidrogen tərkibin təyini. RGA Qaz xromatoqraf. Sınaq metodu ASTM D2163-14e1, ASTM D1945, UOP 539, EN 15984. İstehsalçı ABŞ, Agilent Technologies Ltd.

6) Tərkibində azot və karbon dioksid olan demetanizə edilmiş maye karbohidrogen qarışıqların təyini. RGA Qaz xromatoqraf. Sınaq metodu ASTM D2597-10. İstehsalçı ABŞ, Agilent Technologies Ltd.

8) Təzyiq altında hidrometrlə sıxılmış qaz neft karbohidrogenlərin sıxlığı və ya nisbi sıxlığının təyini. Pressure Hydrometer. Sınaq metodu ASTM D1657-17. İstehsalçı İsveçrə , Linetronic.

14) C2, C3, C4 və C5 karbohidrogen matrislərində oksigenatların təyini. Agilent 7890B Series GC Custom. Sınaq metodu ASTM D7423-17. İstehsalçı ABŞ, Agilent Technologies Ltd.

16) Tam avtomatlaşdırılmış PİLODİST distilyasiya qurğusunda (20 nəzəri boşqabla təchiz olunmuş rektifikasiya kolonunda) xam neftin fraksiya tərkibinin təyini. PETRODİST PD 100CC 20l. Sınaq metodu ASTM D2892-18a. İstehsalçı Almaniya, PİLODİST Laboratory & process technology.

17) Ağır karbohidrogen qarışıqlarının tam avtomatlaşdırılmış distilyasiya qurğusunda (vakuum Potstill metodu) fraksiya tərkibinin təyini qurğusu. PETRODİST PD 200CC 10l. Sınaq metodu ASTM D5236-18a. İstehsalçı Almaniya, PİLODİST Laboratory & process technology.

18) Yüksək səmərəli maye xromatoqrafda (HPLC) sınma əmsalının təyini metodu ilə orta neft distilyatlarında aromatik karbohidrogenlərin  təyini. Agilent 1260 İnfinity Binary HPLC System with RİD Detection. Sınaq metodu ASTM D6591, İP391-2000. İstehsalçı ABŞ, Agilent Technologies Ltd.
19) Neft və neft məhsullarında sıxlığın və nisbi sıxlığın DMA rəqəmsal densimetrində təyini. Density/Specific Gravity Meter DA-650. Sınaq metodu ASTM D4052-18 və ASTM D5002-16. İstehsalçı Yaponiya, KEM Kyoto Electronics Manufacturing Co. , Ltd.

20) Aviasiya və distilyat yanacaqlarında elektrik keçiriciliyinin təyini. DBSO118 EMCEE Model 1152. Sınaq metodu ASTM D2624-15. İstehsalçı ABŞ, EMCEE Electronics, inc.

21) Aviasiya yanacağında 260 dərəcədə oksidləşmə dayanıqlılığının təyini. JFTOT 230 Mark IV, PAC Alcor. Sınaq metodu ASTM D3241, İP 323, İSO 6249. İstehsalçı ABŞ, PAC.

23) Pestisitlərin, dərmanların, neft distilyatların və neft-kimya məhsulların tərkibinin təyini. 7890B GC system-5977B MSD. İstehsalçı ABŞ, Agilent Technologies Ltd.

24) İstehlak mallarında (uşaq oyuncaqları, tekstil, plastik materiallar, dəri və taxta məmulatları, boya örtüklü məmulatlar) toksik elementlərin HDXRF spektrometrində təyini. XOS HD Prime Analyzer . Sınaq metodu ASTM F963-17, ASTM F2853-15, ASTM F2617-15, ASTM F2923-14. İstehsalçı ABŞ, XOS.

Fotolar

logo_ytp11.png
               www.ameaytp.az
© 2019, AMEA Yüksək Texnologiyalar Parkı

Əlaqə

+994 12 376 67 56
office@ameaytp.az
Bakı şəh, Xətai ray.
Əhmədli qəs, 622 küç, 9

Search