AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Image
AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzi


Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 05 iyul 2017-ci il 9/22 saylı qərarı ilə “AMEA Yüksək Texnologiyalar Parkı" MMC-nin nəzdində Mərkəzləşdirilmiş analitik laboratoriya yaradılmışdır və “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin struktur bölməsidir.
Mərkəzləşdirilmiş analitik laboratoriyanın adı dəyişdirilərək AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzi (AMEA SEASM) adlandırılmışdır.
SEASM öz fəaliyyətində Azərbaycan Respublikasının Qanunlarını, digər normativ hüquqi aktlarını, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin normativ sənədlərini və 21 yanvar 2019-cu il tarixdə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən təsdiq edilmiş “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin AMEA SEASM-nin Əsasnaməsini rəhbər tutur.
SEASM AMEA-nın elmi müəssisə və təşkilatlarında aparılan elmi tədqiqatların keyfiyyətinin artırılması və fundamental tədqiqatların aparılması istiqamətində Akademiyadaxili sifarişlərdən və sifarişçilərə ödənişlixidmət göstərməkdən əldə edilən vəsaitlərin hesabına maliyyələşdirilir.
Mərkəz istehsalçılardan və istehlakçılardan asılı deyil və öz fəaliyyətində müstəqildir.
SEASM-in məqsədi AMEA-nın elmi müəssisə və təşkilatlarının balansında olan, müasir tələblərə cavab verən elmi avadanlıq, cihaz və digər vasitələrdən elmi tədqiqatların aparılmasında və yeni texnologiyaların işlənməsində daha da səmərəli istifadə olunması üçün onların vahid mərkəzdə cəmləşdirilməsi, qüvvədə olan milli, dövlətlərarası və diğər NS tələblərinə uyğun qaz, neft və neft-kimya məhsullarının sınaqlarını yüksək səviyyədə aparmaq və sifarişçilərə həqiqi sınaq nəticələrini təqdim etməkdir.
Qaz, neft və neft-kimya məhsullarının keyfiyyət göstəricilərinə nəzarət sınaq Mərkəzində layihəyə uyğun aparıcı istehsalçıların müasir analitik cihaz və avadanlıqları quraşdırılıb, təlimlər verilib və müvafiq sertifikatlar alınıb.
Mərkəzin AZS İSO/İEC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkrediyasiyası istiqamətində təyinatına uyğun Akkreditasiya sahəsi sənədi hazırlanıb, avadanlıq və ölçmə vasitələrin metroloji baxış sertifikatları və 21/01/2019-21/01/2022 müddətə AZ 01.0382.01.19 saylı Akkrediyasiya Attestatı alınıb. Mərkəz, Attestata əlavə olunan akkreditasiya sahəsi sənədi əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir.
Beynəlxalq sınaq metodlarına istinad, yüksək həssaslıq, dəqiq təyin limiti, maksimum yüklənmə qabiliyyəti və etalon maddələrlə təchizat, avadanlıqların neft emalı prosesində yaranmış problemlərin elmi əsaslarla həlli, daxili yanma və reaktik mühərrik yanacaqlarının keyfiyyət gösəricilərinin yaxşılaşdırılması istiqamətində istifadəsinə geniş imkanlar açır. Mərkəz Amerika (ASTM), Britaniya (İP), Almaniya (DİN), Rusiya (QOST), İSO, EN, AZS sınaq metodları və məhsulların Texniki Şərtləri (TŞ) sənədlər toplusuna malikdir. Beynəlxalq sınaq metodlarının köməyi ilə əldə olunan nəticələrin uyğunluq və oxşarlığı yoxlanılır, təhlili aparılır və sonda hesabatlar təqdim edilir. Sifarişçinin istəyinə uyğun, qaz, neft və neft-kimya məhsullarının keyfiyyət göstəricilərinə aid lazımi məsləhətlər verilir.
AMEA-nın müxtəlif elmi müəssisələrindən laboratoriya xidmətləri üçün sorğular daxil olur. SEASM imkanı daxilində AMEA alimlərinin apardıqları elmi tədqiqatlara texniki dəstək verməyə hazırdır.
Mərkəzdə quraşdırılmış cihazların qeyri-neft sektorunda - istehlak mallarında toksik elementlərin təyinində, dərman preparatlarının hazırlıq prosesində, kənd təsərrüfatında və tibbi-ekspertizada istifadəsi nəzərdə tutulmuşdur.
İstehlak mallarının istifadəsındə əhalinin təhlükəsizliyinin qorunması aktual mövzu olaraq qalır və bu məqsədlə Dövlət strukturları lazımi normativ aktlar qəbul edir. Mərkəzdə quraşdırılmış ABŞ XOS firmasının HD XRF cihazı istehlak mallarının tərkibindəki toksik elementləri ppm səviyyəsində təyin edə bilir.
Beynəlxalq sınaq metodlarına uyğun tam komplektə edilmiş SEASM gələcəkdə AMEA-nın elmi müəssisə və Respublikamızdan kənarda çalışan alimlərin elmi araşdırırmalarının daha dərindən aparmaları üçün tədqiqat mərkəzi olacaq, Xəzər dənizi hövzəsində hasil olunan və Avropa ölkələrinə nəqli istiqamətində elan ediləcək Beynəlxalq qaz layihələrində iştirak edəcəkdir.
logo_ytp11.png
               www.ameaytp.az
© 2019, AMEA Yüksək Texnologiyalar Parkı

Əlaqə

+994 12 376 67 56
office@ameaytp.az
Bakı şəh, Xətai ray.
Əhmədli qəş, 622 küç, 9

Search