AMEA YT Parkının rezidenti olan "Millers Oils Azerbaijan" HVM Catapult tərəfindən maliyyələşdirilən İnnovasiya Mükafatını qazandı.

“Millers Oils”, HVM Catapult tərəfindən maliyyələşdirilən İnnovasiya Mükafatını qazandı. Bu mükafat istehsal məhsuldarlığı, səmərəliliyi və ya biznesin artımına səbəb olan innovativ və ya əməliyyat təcrübələri ilə nümayiş etdirilən istehsal yeniliklərini özündə əks etdirir.

İstehsalındakı yenilikləri ilə “Millers Oils”, bölgə daxilində kiçik və böyük bir sıra yenilikçi müəssisələr ilə ciddi rəqabətə girir. “Millers Oils”in istehsal etdiyi məhsullar iş adamları, sənaye ekspertləri və akademiklərdən ibarət işçi qrupu tərəfindən müsbət rəy alaraq, “NANODRİVE texnologiyası” ilə istehsal olunan sürtkü yağları arasından seçilmişdir.
“NANODRIVE texnologiyası” sürtünməni əhəmiyyətli dərəcədə azaltmaq üçün nano texnologiyasından istifadə edir, bununla da enerji istehlakını azaldır. Bu da performansın yaxşılaşdırılmasına, mühərriklərin ömrünün uzadılmasına, həmçinin yanacaq sərfiyyatının azaldılmasına gətirib çıxara bilər.
Hazırda “bölgə adı” ilə təmin edilən “Millers Oils” cari ilin yanvar ayında Londondakı milli finalda yarışacaq.
Mükafatlandırılma mərasimində təəssüratlarını bölüşən "Millers Oils" in baş direktoru Ceymi Ryan deyir: "Bu mükafat bizim gərgin işləməyimizin və özünü işə həsr etmiş komanda olmağımızın nəticəsidir. Biz həmişə yeniliyə, axtarışa və inkişafa önəm veririk. Nəticədə qazandığımız uğurlar bizi sevindirir və daha da həvəsləndirir. Uğurlarımız bizi müasir və yenilikçi şirkət olaraq tanıdır və yerli istehsalçılarımıza, bölgəmizin dəyərli qatqısını nümayiş etdirmək üçün bir yol göstərir. Qazandığımız mükafatı bütün işçilərimiz, müştərilərimiz və tədarükçülərimizlə bölüşmək üçün səbirsizlənirik. Və yanvarda keçiriləcək .milli finalda nəticənin təkrarlanacağına ümid edirik.”
HVM Catapult-un icraçı direktoru Dik Elsy “Millers Oils”i təbrik edərək öz fikirlərini tədbir iştirakçıları ilə bölüşmüşdür: "İnnovasiyaya, daha yaxşı mal və ya xidmətlərin çatdırılmasına və istehsal prosesində davamlı inkişaflara diqqət ayırmaq hər bir böyük şirkətin arzusudur. Səmərəli, davamlı artım yaradan məhsuldarlığın əldə olunması, dünya səviyyəli rəqabət qabiliyyətinin açarıdır. İnnnovasiya fürsət yaradır, lakin nəticənin əldə olunması çətindir. Usta olanlar seçilməyə və tərifə layiqdirlər. “Millers Oils” də öz ustalığı ilə İnnovasiya Mükafatının layiqli qalibi adını qazanmışdır"


12.01.2018