AMEA Yüksək Texnologiyalar Parkı (YTP) 24-cü Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2017” sərgisində öz stendi ilə təmsil olunub

AMEA YTP 24-cü Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2017” sərgisində iştirak edib. Baku Ekspo Mərkəzində keçirilən sərgidə bu il dünyanın 30 ölkəsini təmsil edən 289 şirkət iştirak edib.AMEA Yüksək Texnologiyalar Parkının stendi ilə tanış olan ziyarətçilərə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya yönümlü yeni texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi məqsədi ilə görülən işlər nümayiş etdirilib. Ziyarətçilərə gələcəkdə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqinə dair həyata keçiriləcək layihələr barədə məlumat verilib. 3 iyuna qədər davam edəcən sərgidə stendimizi ziyarət edən iştirakçılar Yüksək Texnologiyalar Parkının rezidenti olan AMEA Təcrüb-Sənaye Zavodu, AMEA Elm və Texnologiyalar Parkı və “Millers Oils Azerbaijan”-nın fəaliyyəti və istehsal etdiyi məhsullar barədə məlumat alıblar. ala biləcəklər. Bundan əlavə, ziyarətçilər YTP-nin rezidentlər üçün təqdim etdiyi xidmətlərlə tanış olublar. 


31.05.2017