Güzəştlər

Texnologiyalar Parkının İdarəedici təşkilatına (operatora)

və rezidentinə aid güzəştlər (yığcam forma):

 

Yüksək Texnologiyalar Parkı MMC:

1.      Mənfəət vergisi – parklarının infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəs;

2.      Əlavə Dəyər vergisi – parkların infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı (müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında);

3.      Əmlak vergisi – parkların ərazisində yerləşən əmlaklarına görə;

4.      Torpaq vergisi – parkların ərazisində istifadə etdiyi torpaqlara görə;

5.      Gömrük rüsümü  – parkların infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı (müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında).

 

Rezident – qeydiyyata alındığı tarixdən 7 il müddətinə:

1.      Gəlir vergisi – hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs parkdakı fəaliyyətdən əldə etdiyi gəlir (əmək haqqından tutulan gəlir vergisi istisna olmaqla)

2.      Mənfəət vergisi – parkdakı fəaliyyətdən əldə etdikləri gəlir;

3.      Əlavə Dəyər vergisi – parkda istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı (müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında);

4.      Əmlak vergisi – parkda olan əmlakına görə;

5.      Torpaq vergisi – parkda istifadə etdikləri torpaqlara görə;

6.      Gömrük rüsümü – istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı (müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında).

 

Texnologiyalar Parkının İdarəedici təşkilatına (operatora)

və rezidentinə aid güzəştlər (geniş forma):

 

VERGİ MƏCƏLLƏSİNDƏN ÇIXARIŞ

Maddə 67-1. Sənaye, yaxud texnologiyalar parklarında vergitutma

(19 aprel 2013-cü il tarixli 628-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 22 aprel 2013-cü il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 04, maddə 366) ilə yeni məzmunda 67-1-ci maddə əlavə edilmişdir.)

 

67-1.1. Sənaye, yaxud texnologiyalar parklarının rezidenti sənaye, yaxud texnologiyalar parklarında yerləşən təsərrüfat və digər vergitutma obyektlərini bu Məcəllə ilə müəyyən edilmiş güzəşt müddəti bitənədək təqdim etdikdə:

67-1.1.1. əvvəlki rezidentin mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalına başlamağı və ya davam etdirməyi öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri həmin müddətin qalan hissəsi ərzində verilir;

67-1.1.2. yeni investisiya layihəsinə uyğun olaraq digər növ mal (iş, xidmət) istehsalını təşkil etməyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən az olmayan sərmayə qoyuluşunu öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri bu Məcəllə ilə nəzərdə tutulmuş tam müddət ərzində verilir.

67-1.2. Sənaye, yaxud texnologiyalar parklarının rezidenti sənaye, yaxud texnologiyalar parklarında yerləşən təsərrüfat və digər vergitutma obyektlərini bu Məcəllə ilə müəyyən edilmiş güzəşt müddəti bitəndən sonra təqdim etdikdə:

67-1.2.1. əvvəlki rezidentin mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalını davam etdirən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri verilmir;

67-1.2.2. yeni investisiya layihəsinə uyğun olaraq digər növ mal (iş, xidmət) istehsalını təşkil etməyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdən az olmayan sərmayə qoyuluşunu öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni rezidentə vergi güzəştləri bu Məcəllə ilə nəzərdə tutulmuş tam müddət ərzində verilir.

67-1.3. Sənaye, yaxud texnologiyalar parklarının rezidenti yeni investisiya layihəsinə əsasən sənaye, yaxud texnologiyalar parklarında digər istehsal sahəsi qurduqda, bu Məcəllə ilə müəyyən edilmiş vergi güzəştləri rezidentin sənaye, yaxud texnologiyalar parklarında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yeni investisiya layihəsi üzrə qeydiyyata alındığı tarixdən hesablanır. Bu halda bu Məcəllə ilə müəyyən edilmiş vergi güzəştləri yeni investisiya layihəsi üzrə fəaliyyətə şamil olunur.

67-1.4. Sənaye, yaxud texnologiyalar parklarının rezidenti vergi güzəştlərinin tətbiq olunduğu dövrdə sənaye, yaxud texnologiyalar parklarından kənarda fəaliyyət göstərdikdə həmin fəaliyyətlə bağlı gəlirlərin və xərclərin uçotunu ayrıca aparmalıdır. Bu zaman sənaye, yaxud texnologiyalar parklarının rezidenti bu parklardan kənarda göstərdiyi fəaliyyətə görə əldə etdiyi gəlirlərdən vergiləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ödəyir.

67-1.5. Bu Məcəllənin 67-1.3-cü maddəsində nəzərdə tutulan halda sənaye, yaxud texnologiyalar parklarının rezidenti yeni investisiya layihəsinə əsasən sənaye, yaxud texnologiyalar parklarında qurduğu digər istehsal sahəsinin fəaliyyəti ilə bağlı gəlirlərin və xərclərin uçotunu vergi güzəştlərinin tətbiq olunduğu dövrdə ayrıca aparmalıdır.

 

VIII fəsil. Fiziki şəxslərin gəlir vergisi

Maddə 102. Gəlir vergisindən azadolmalar və güzəştlər

(21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1226) ilə 102.1.18-ci maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 102.1.19 - 102.1.21-ci maddələr əlavə edilmişdir)

102.1.21. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir (əmək haqqından tutulan gəlir vergisi istisna olmaqla) - qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq - 7 il müddətinə;

 

IX fəsil. Hüquqi şəxslərin mənfəət vergisi

Maddə 106. Azadolmalar və güzəştlər

(21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1226) ilə 106.1.11-ci maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda 106.1.12-ci və 106.1.13-cü maddələr əlavə edilmişdir.)

106.1.12. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatının və ya operatorunun mənfəətinin sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəsi;

106.1.13. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir - qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq - 7 il müddətinə;

 

Fəsil XI. Əlavə dəyər vergisi

Maddə 164. Vergi ödəməkdən azad edilmə

(21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1226) ilə 164.1.14-cü maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda 164.1.15-164.1.17-ci maddələr əlavə edilmişdir)

164.1.15. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı;

164.1.16. müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - rezidentin sənaye və texnologiyalar parkında qeydiyyata alındığı tarixdən 7 il müddətinə;

 

 

XIII fəsil. Əmlak vergisi

Maddə 199. Vergi güzəştləri və azadolmalar

(21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1226) ilə yeni məzmunda 199.7-ci və 199.8-ci maddələr əlavə edilmişdir)

199.7. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, 7 il müddətinə sənaye və texnologiyalar parkındakı əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddırlar.

199.8. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru sənaye, yaxud texnologiyalar parklarının ərazisində yerləşən əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddır.

 

XIV fəsil. Torpaq vergisi

Maddə 207. Vergi güzəştləri

(21 dekabr 2012-ci il tarixli 509-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2012-ci il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1226) ilə yeni məzmunda 207.3-cü və 207.4-cü maddələr əlavə edilmişdir)

207.3. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye və texnologiyalar parkında istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.

207.4. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru sənaye, yaxud texnologiyalar parklarının ərazisində istifadə etdiyi torpaqlara görə torpaq vergisini ödəməkdən azaddır.

 

 

“GÖMRÜK TARİFİ haqqında” Azərbaycan Respublikasının Qanunundan ÇIXARIŞ:

 

Maddə 20. Gömrük rüsumlarından azad etmə

20.0.17.  müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə;

20.0.18.  müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı;

20.0.19.  müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — rezidentin sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındığı tarixdən 7 il müddətinə.”