AMEA YT Parkında Azərbaycan ali təhsil sistemində tədqiqat və innovasiya siyasətinin idarə olunmasının gücləndirilməsi məqsədi ilə TAİEX- Texniki Yardım və İnformasiya Mübadiləsi layihəsinin ekspertləri ilə görüş keçirilib.

20 iyun 2018-ci il tarixində AMEA YT Parkında Azərbaycan ali təhsil sistemində tədqiqat və innovasiya siyasətinin idarə olunmasının gücləndirilməsi məqsədi ilə TAİEX- Texniki Yardım və İnformasiya Mübadiləsi layihəsinin ekspertləri ilə görüş keçirilib.
Görüşdə AMEA YT Parkın direktoru Vüqar Babayev, AMEA YT Parkın direktor müavini Elxan Bayramov, Rumıniya Milli Siyasi Araşdırmalar və Dövlət İdarəetmə Universitetinin şöbə müdiri Dr.Mihai Paunescu, Litva Tədris Elmləri Universitetinin Riyaziyyat, İnformatika və Fizika kafedrasının müəllimi Dr. Gintaras Arbutavicius, Azərbaycan Təhsil Nazirliyinin nümayəndəsi Nəzrin Bağırova iştirak edib.
AMEA YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev Avropa İttifaqının TAİEX - Texniki Yardım və İnformasiya Mübadiləsi ilə əməkdaşlığın ölkəmizdə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan yüksək texnologiyalar sahəsinin inkişafı əhəmiyyətini vurğulayıb. Beynəlxalq iqtisadi əlaqələrin güclənməsi və müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi məqsədilə birgə əməkdaşlığın zəruriliyini qeyd edib.
Sonra Milli Siyasi Araşdırmalar və Dövlət İdarəetmə Universitetinin şöbə müdiri Dr. Mihai Paunescu tədqiqat və innovasiyaların idarə edilməsi, Rumıniyanın mövcud vəziyyəti, performans maliyyələşdirilməsi, tədqiqat, tədris qiymətləndirilməsi və metodlarından bəhs etmişdir.

Litva Tədris Elmləri Universitetinin Riyaziyyat, İnformatika və Fizika kafedrasının müəllimi Dr. Gintaras Arbutavicius çıxışında, Litva praktikaları, şirkətlər üçün təlim ehtiyaclarının tədqiqi, biznes təşkilatlarında tədqiqat problemlərini vurğulamışdır.

Sonda Texnoparkın ərazisi ilə tanış olan qonaqlara burada yaradılan şərait, rezidentlərin fəaliyyəti barədə məlumat verilib.

 


20.06.2018