"Elektron idarəediləbilən su və istisu sayğacları" layihəsinin təqdimat mərasimi keçirildi.

AMEA Yüksək Texnologiyalar Parkı ilə birgə Türkiyənin EUROMET ölçü alətləri istehsalat şirkətinin rəhbəri Recai Coşkun tərəfindən "Elektron idarəediləbilən su və istisu sayğacları" layihəsinin təqdimat mərasimi keçirilib.  AMEA İdarəetmə Sistemləri İnstitutunda baş tutan tədbirdə AMEA-nın Fizika İnsititu, İdarə etmə Sistəmləri İnstitutu, Riyaziyyat  və Mexanika İnstitutu, Radisaiya Probləmləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Biofizika İnstitutunun nümayəndələri iştirak edib. Şirkətin rəhbəri Recai Coşkun tərəfindən "Elektron idarəediləbilən su və istisu sayğacları" hazırlanması və istifadə qaydası haqqında geniş məlumat verilmişdir. EPC Group rəhbərliyi və AMEA Yüksək Texnologiylar Parkının rəhbərliyi EUROMET ölçü alətləri istehsalat şirkəti ilə gələcək əməkdaşlıq barəsində müzakirələr edilmişdir.

  •  

13.11.2017