AMEA Yüksək Texnologiyalar Parkının fəaliyyətinin 1 ili tamam oldu

Elm və biznesin qovuşduğu məkan adlandırılan AMEA Yüksək Texnologiyalar Parkı Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. İqtisadiyyatın davamlı inkişafı, rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya, yüksək texnologiya sahələrinin genişləndirilməsi məqsədilə yaradılan texnoparkın əsas hədəfi milli iqtisadi inkişafa töhfə verməkdir.AMEA YTP fəaliyyət göstərdiyi bir il ərzində milli innovasiya sistemini genişləndirmək və bu sahəyə investisiya axınını gücləndirməyi hədəf alaraq bir sıra uğurlu layihələr həyata keçirib. Hazırda elmin inkişafı, elmi-tədqiqat işləri, innovasiya layihələri istiqamətində müvafiq ictimai, özəl və ya beynəlxalq institutlarla əməkdaşlıq edərək texnologiyaların transferi, elmin biznesə çevrilməsi istiqamətində fəaliyyətini davam etdirir.Yüksək Texnologiyalar Parkı gənclər arasında təşəbbüskarlığı təşviq edir. Ölkədə gənc sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli platformanın yaradılmasını və şəxsi bizneslərini qurmaq istəyən gənc liderlərin təşəbbüslərini dəstəkləyir. Bu istiqamətdə gənclər arasında keçirilən bir sıra müsabiqələrin reallaşmasında baş tərəfdaş kimi çıxış edir.AMEA YTP gələcəkdə də elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqinə dair layihələrin həyata keçirilməsini qarşısına məqsəd qoyub.


08.11.2017