AMEA YT Parkının rəhbərliyi Türkəyinin Erciyes Texnoparkının nümayəndə heyəti ilə görüş keçirib.

 

 AMEA YT Parkının rəhbərliyi Türkəyinin Erciyes Texnoparkının nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə Erciyes Texnoparkının rezidenti olan qabaqcıl şırkətlərin nümayəndələri iştirak edib. Texnoparkın ərazisi ilə tanış olan qonaqlara burada yaradılan şərait, potensial rezidentlərin fəaliyyəti barədə məlumat verilib. Daha sonra AMEA-nın Təcrübə-Sənaye Zavodu və "Millers-Oils Azərbaycan" MMC-nin yağ istehsal sahələrinə baxış keçirilib. Qonaqlar AMEA YT Parkın mərkəzləşdirilmiş analitik laboratoriyası, pilotsuz uçan aparatların istehsal sahələri və radio ekoloji monitorinq sistemi ilə də tanış olublar. AMEA YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev ölkəmizdə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan yüksək texnologiyalar sahəsinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, bu sahədə həyata keçirilən layihələr elmtutumlu iqtisadiyyatın inkişafına təkan verir və innovasiya, yüksək texnologiyaların istehsalata tətbiqini genişləndirir. Rəhbərlik etdiyi texnoparkın biznes təfəkkürü və innovativ düşüncənin inkişafına töhfə verdiyini söyləyən V.Babayev bu elmi qurumda elm və biznesin inteqrasiyası, biliklər iqtisadiyyatının formalaşması istiqamətində kompleks tədbirlərin görüldüyünü diqqətə çatdırıb.Erciyes Texnopark  ilə bağlanmış əməkdaşlıq sazişinə əsasən birgə innovativ layihələrin, konfrans və simpoziumların həyata keçirilməsinin zəruriliyini qeyd edib.


08.12.2017