Müdafiə əhəmiyyətli elmi tədqiqat işləri üçün ixtisaslaşmış 1 saylı laboratoriyanın açılış mərasimi keçirilib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın Işlər İdarəsi və Radiasiya Problemləri İnstitutu ilə birgə yaradılmış xüsusi olaraq müdafiə əhəmiyyətli elmi tədqiqat işləri üçün ixtisaslaşmış 1 saylı laboratoriyasının yeni elmi-təcrübə otaqları ilə tanış olmuşdur. Təqdimatda, AMEA-nın vitse-prezidenti Akademik İbrahim Quliyev, AMEA-nın Işlər İdarəsinin müdiri s.e.d Fətəli Abdullayev və AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Oqtay Səmədov iştirak etmişdirlər. Təqdimat zamanı AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə laboratoriyada aparılan elm tədqiqat işlərinə uyğun sınaqların nəticələri, Azərbaycanlı alimlər tərəfindən hazırlanmış mikropikselli selvari fotodiodların yoxlanmasını həyata keçirmək üçün qurulmuş B sinifli təmiz otaq, silisium əsaslı fotodiodların test qurğusu, ultra səs mikro qaynaq avadanlığı və fotodiodların parametrlərinin təyin etməyə imkan verən elektron dövrələr və bir sıra yeni cihazlar təqdim edilmişdir. Hazırlanacaq mikropikselli selvari fotodiodlar yüksək enerjilər fizikasında, tibbdə, kosmik tədqiqatlarda və hərbi sahədə tətbiq olunacaqdır

 


11.12.2017