Azərbaycan Gənc Alimlərinin I Qurultayının iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

AMEA-nın, Azərbaycan Respublikasının Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Gənc Alimlərinin I Qurultayının iştirakçıları dekabrın 15-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.


15.12.2017