AMEA Yüksək Texnologiyalar Parkının əməkdaşı Tehranda 7-ci TekMart Sərgisində iştirak edib

11-14 dekabr tarixlərində İran İslam Respublikasının Gilan Elm və Texnologiyalar Parkında 7-ci TekMart Sərgisi keçirilib. Tədqiqat və Texnologiyalar həftəsində dünyanın bir çox ölkərinin Texnoparklarından nümayəndələr iştirak etmişdir. Keçirilən sərgidə  AMEA Yüksək Texnologiyalar Parkını Texnologiyaların Transferi şöbəsinin təcrübə konstruktur işləri üzrə aparıcı eksperti Mahmud Əfəndiyev  təmsil edib. AMEA YT Parkın əməkdaşı Elm, Tədqiqat və Texnologiya naziri Mansur Golami, Elm və Texnologiya üzrə vitse-prezidenti Sorena Sattari, Astara şəhərinin icra hakimi Yunis Ranjkeş ilə görüşlər keçirib.

 Sərginin əsas məqsədi yeni texnologiyaların inkişafı və kommersiyalaşdırılması, dünya texnologiyası markalarının yayılması və innovasiya sahəsində beynəlxalq əməkdaşlıq üçün yeni vasitələrin yaradılmasıdır. Sərgidə investorlar, gənc sahibkarlar, dünyada texnoloji layihələrin yaradıcıları, aparıcı ekspertlər, iri şirkətlərin nümayəndələri biznesin inkişaf modellərini araşdırmaq məqsədilə bir araya gəlirlər. Dünya ölkələrinin texnoparkları arasında elmi-texniki, işgüzar əlaqələrin qurulması və möhkəmlənməsi, birgə innovasiya və investisiya layihələrinin təşkil edilməsi, mütəmadi görüşlərin keçirilməsi, seminarların, biznes forumların və dairəvi masaların təşkilinə dair fikir mübadiləsi aparılıb. İnnovasiya sahəsində beynəlxalq əməkdaşlığın perspektivlərinin müzakirə edildiyi sərgidə iştirakçılar texnoloji tendensiyaların inkişafı ilə bağlı təcrübələrini və proqnozlarını bölüşmək imkanı əldə ediblər


18.12.2017