AMEA YT Parkın Biznes İnkubasiya Mərkəzi “BioBone” layihəsini inkubasiya proqramına qəbul etmişdir.

“BioBone” aqrar sahədə fəaliyyəti nəzərdə tutulan gübrə istehsalı layihəsidir. “BioBone” gübrəsinin istehsalı istifadəyə yararsız olan və ətraf mühitə atılan heyvan sümüklərindən və həmçinin buynuz, dırnaq, qan və dəri kimi heyvan mənşəli tullantı məhsullarından əldə edilir. BioGübrənin alınması zamanı ətraf mühitə heç bir zərərli birləşmə tullantıları atılmır, tətbiqi isə torpaqlarda çirklənmələrə səbəb olmur, əksinə təbii məhsullardan alınması torpaqlarda humusun miqdarını artırır. Nəticə olaraq isə həm keyfiyətli məhsul istehsalı həmçinin də uzunmüddətli torpaq istifadəsi təmin edilmiş olur. Bu isə öz növbəsində sahibkarlar üçün həm büdcə qənaəti, həmçinin də ekoloji sağlam məhsulu bazara çıxartmaq imkanı yaradır.

AMEA YT Parkın Biznes İnkubasiya Mərkəzi layihəyə dəstək məqsədi ilə layihə komandasını iş mühiti ilə təmin edəcəkdir. Həmçinin mentorluq və məsləhətçilik xidmətləri ilə layihə inkişaf etdikdən sonra nəticəyə əsasən investorlar ilə görüşü təşkil olunacaqdır.


21.12.2017