Çin dronların köməyi ilə bütün ölkəni əhatə edən süni yağış yağdıracaq
2020-ci ilin sonunda Pekində havanın modifikasiyası üzrə milli proqram təsdiq edilib. Süni yağış yağdırılması bu proqramın əsas məqsədi hesab edilir. Quraqlıq dövrləri və daşqın təhlükələrinə lazım olduqda bir sıra texnologiyaların köməyi ilə düzəliş edilə bilər. Məsələn, ən geniş yayılmış və sınaqdan keçirilmiş texnologiya damcıların ölçüsünün artımına və yağışın düşməsinə səbəb olan kimyəvi reagentlərlə buludların yetişdirilməsidir.
3dnews.ru saytı xəbər verir ki, Çində havaya təsir etmək üçün ən perspektivli vasitə dronlar hesab edilir. Bunun üçün cari ilin yanvar ayında Ganlin-1 dronu sınaqdan keçirilib. Oxşar layihə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) də hazırlanır. Lakin BƏƏ-də daha qənaətli, həmçinin yağışın provokasiyasının elektrik boşalmaların köməyi ilə aparıldığı ekoloji təmiz yanaşma reallaşdırılmağa çalışırlar.
Təyyarələrin və ya dronların qanadlarında asılmış elektrik boşaldıcılar buludlarda rütubətin doldurulmuş hissəcikləri olan statik elektrikin hesabına böyüyən və yağış yağdıran sahələr yaradırlar.
Çinin dörd il sonra 5,5 milyon km2 ərazidə süni yağış yağdırmaq təşəbbüsü qonşu ölkələrdə narahatlıq doğurub. Təbii hadisələrə oxşar genişmiqyaslı müdaxilələr qlobal havaya təsir hesab olunur.
Qeyd edək ki, havaya müdaxilələr sahəsi artıq bir neçə onilliklərdir mövcuddur. ABŞ-da bununla İkinci Dünya Müharibəsindən sonra daha sıx məşğul olublar. Dron kimi innovasiyalar isə son illərdə bu istiqamətin inkişaf tempini sürətləndirib.