Günəş enerjisi ilə işləyən dəniz suyu təmizləyicisi hazırlanıb
Massaçusets Texnologiya İnstitutu və Şanxay Universiteti alimləri dəniz suyunun duzsuzlaşdırılması üçün filtr və ya membranların istifadəsini tələb etməyən, günəş enerjisi ilə çalışan xüsusi cihaz hazırlayıblar.
Alimlər bu mühüm ixtira haqqında “Nature” jurnalında məqalə dərc etdiriblər. O, ümumi dəyəri beş dollardan az olan ucuz materiallardan yığıla və kiçik bir ailəni gündəlik içməli su ilə təmin edə bilər. Cihaz Günəş modullarından istifadə ilə 1 kv.m sahədə saatda 5,7 litr təmiz su istehsal edir. İstehsalçıların fikrincə, belə sistemlər vasitəsilə sahilboyu rayonlarda yaşayan yerli sakinləri ucuz və keyfiyyətli içməli su ilə təmin etmək mümkün olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.